Hər il 3 milyon insan bu havanın qurbanı olur

Hər il 3 milyon insan bu havanın qurbanı olur
28 Sentyabr 2016
Mətni dəyiş
Dünya əhalisinin 92 faizi çirkli hava ilə nəfəs alır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yayımladığı yeni hesabatda bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi xəbərə görə, təşkilat tərəfindən aparılan tədqiqatların nəticələri interaktiv xəritədə öz əksini tapıb. Onun tərtib olunması üçün bütün dünya üzrə quraşdırılan 3000 yerüstü müşahidə stansiyası, həmçinin peyk vasitəsi ilə əldə olunan məlumatlardan istifadə olunub.
Hesabata əsasən, hər il təqribən 3 milyon insan ziyanlı tullantılardan yayılan xəstəliklərdən vəfat edir. Dünyada 10 adamdan doqquzu havası çirkli olan bölgələrdə yaşayır. Müəssisələr daxilində havanın keyfiyyətinin pis olması da insan sağlamlığına mənfi təsir göstərir.
Təkcə 2012-ci ildə bu səbəblərdən 6,5 milyondan çox insan həyatını itirib. Bütün ölüm hallarının təqribən 90 faizi gəlir səviyyəsi aşağı və orta olan ölkələrin payına düşür. Havanın keyfiyyəti ilə bağlı xəstəliklərə ürək-damar və tənəffüs sistemi xəstəlikləri aiddir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun