Hillary Clintona ağciyər pnevmoniyası diaqnozu qoyulub

Hillary Clintona ağciyər pnevmoniyası diaqnozu qoyulub
12 Sentyabr 2016
Mətni dəyiş
Həkimlər səhhəti pisləşən ABŞ prezidentliyinə namizəd Hillary Clintona ağ ciyər pnevmoniyası diaqnozu qoyublar.
Bu haqda sabiq ABŞ dövlət katibinin həkimi Lisa Bardack yazılı açıqlama edib:
“Hillary Clintona ağciyər pnevmoniyası diaqnozu hələ sentyabrın 9-da, müayinə zamanı qoyulub. Müayinə xanım Klintonun uzun müddət öskürəkdən əziyyət çəkdiyi üçün aparılıb. Ona müvafiq dərmanların qəbulu ilə yanaşı istirahət etmək tövsiyə olunub.  Bu günkü tədbirdən sonra Hillary Clinton təkrar müayinədən keçib, hazırda vəziyyəti qənaətbəxşdir və o, sağalmaq üzrədir”.
Qeyd edək ki, dünən Hillary Clintonun Nyu-Yorkda 11 sentyabr 2001-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o rəsmi mərasimi başa çatmamış tərk edib.
Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trump və onun tərəfdaşları Clintonun ABŞ prezidentliyi üçün səhiyyə baxımından əlverişsiz olduğunu iddia edirlər.
Xatırladaq ki, 2012-ci ildə daha ciddi bir narahatlıq yaşayan Clinton beyin sarsıntısı keçirmiş, həkimlər Clintonun narahatlığını mədə virusu və həddindən artıq su itkisi olaraq açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun