İsrail Suriyaya aviazərbələr endirib

İsrail Suriyaya aviazərbələr endirib
5 Sentyabr 2016
Mətni dəyiş
İsrail ordusuna aid döyüş təyyarələri Golan təpələrinin şimalında yerləşən Suriya ordusuna aid hərbi bazalara raket zərbələri endirib.
İsrail ordusundan verilən yazılı açıqlamada, gün ərzində Suriya rejiminə aid olan hərbi nöqtələrdən atılan top atışlarına cavab olaraq Golan Təpələrinin şimalındakı hərbi hədəflərin vurulduğu bildirilib: "Suriya rejimi İsrailin suverenliyini açıq şəkildə pozur. İsrail ordusu torpaqlarını və İsrailin suverenliyi qorumağa davam edəcək".
Qeyd edək ki, daha əvvəl də İsrail "bölgədən atəş açıldığı" iddiasını irəli sürərək Suriyaya hərbi hücumlar təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun