Lavrov və Kerry bu gün görüşəcək

Lavrov və Kerry bu gün görüşəcək
9 Sentyabr 2016
Mətni dəyiş
Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-lı həmkarı John Kerry bu gün səhər saatlarında görüş keçirəcək.
Rusiya Xarici işlər nazirliyindən verilən açıqlamada, "Görüş bu gün reallaşacaq. Tam dəqiq saatı haqda məlumat verə bilmərik", - deyə bildirilib.
ABŞ Xarici işlər nazirliyinin nümayəndəsi John Kirby görüş ilə bağlı fikirlərini səsləndirib: "Bu gün Suriya haqqındakı son danışıqların davamı baş tutacaq. Şiddətin azaldılması, Suriya xalqına humanitar yardımın genişləndirilməsi və vətəndaş müharibəsini sona çatdırmaq üçün lazım olan siyasi həll yolları ətrafında müzakirələr aparılacaq".
Xatırladaq ki, Lavrov və Kerrynin dünənki telefon danışığının ardından Rusiya Xarici İşlər Nazirliyi ikilinin Cenevrədə bir araya gələcəyi barədə məlumat yaymış, ancaq ABŞ rəsmiləri görüşün gerçəkləşməsinin sual altında olduğunu bildirmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun