8 Sentyabr 2016
Mətni dəyiş
Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-lı həmkarı John Kerry ilə 8-9 sentyabrda Cenevrədə görüş keçirəcəyi açıqlanıb.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Lavrov və Kerry arasında baş tutan telefon danışığında Suriyadakı qarşıdurmaların sonlandırılmasıyla əlaqədar müzakirələr aparmaq üçün Cenevrədə bir araya gəlməyə qərar verdikləri bildirilib.
Açıqlamada, "Nazirlər Suriyadakı terrorist qruplara qarşı Rusiya-ABŞ ortaq mübarizəsinin qurulması, humanitar yardımın genişləndirilməsi və Suriyadakı böhranın həll yolunun tapılmasına dair razılaşmanın qalan detalları üzərində çalışacaq", - deyə qeyd edilib.