Le Monde: G20 sammitində hər kəs Putinlə danışmaq üçün fürsət axtarırdı

Le Monde: G20 sammitində hər kəs Putinlə danışmaq üçün fürsət axtarırdı
7 Sentyabr 2016
Mətni dəyiş
Fransız Le Monde qəzeti, Çinin Xançjou şəhərində təşkil edilən G20 sammitinin ən əhəmiyyətli nəticələrindən birinin "Rus və Türk liderlərin dünya səhnəsinə dönüşü" olduğunu yazıb.
"Le Monde"də nəşr olunan məqalədə 2014-cü ildə Avstraliyada, keçən il isə Türkiyədə təşkil edilən G20 zirvələrindən fərqli olaraq, bu ilki sammitin Rusiya prezidenti Vladimir Putin baxımından çox uğurlu keçdiyi qeyd olunub. Putinin Suriya mövzusunda Rusiyadan fərqli düşünən Səudiyyə Ərəbistanının nümayəndəsi Şahzadə Məhəmməd bin Salman ilə səmimi dialoq qurduğunu yazan qəzet, "İki ölkə neft istehsalı mövzusunda əməkdaşlıq haqqında razılaşma belə imzaladı" ifadəsinə yer verib.
Qəzetə məsələ ilə bağlı açıqlama verən fransız diplomat Putinin ABŞ prezidenti Barack Obama ilə keçirdiyi görüşü "sammitin sürprizlərinden biri" olaraq xarakterizə edib: "Hər kəsin onunla danışmaq üçün fürsət axtardığı sammit, Putin üçün əvvəlki G20 sammitlərinin intiqamı idi".
Məqalədə sammitin Çin və Rusiyanın bəzi əhəmiyyətli mövzularda Qərbə qarşı qurduqları əməkdaşlığı də gözlər önünə sərdiyi qeyd edilib.
Le Monde, G20 zirvəsinin ən müvəffəqiyyətli liderlərindən birinin Türkiyə prezidenti Recep Tayyip Erdoğan olduğunu bildirib. Çevriliş cəhdi sonrasında Erdoğanın sammitdə ilk dəfə dünya liderləri ilə yüksək səviyyəli təmas qurduğunu yazan qəzet, Erdoğanın burada keçirdiyi görüşləri "Suriyada etibarlı bölgə meydana gətirmə" təklifini gündəmə çevirmək üçün istifadə etdiyini vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun