Macarıstanda iki təyyarə toqquşub

Macarıstanda iki təyyarə toqquşub
18 Sentyabr 2016
Mətni dəyiş
Macarıstanda, Budapeştdən 30 km şimalda səmada iki təyyarə toqquşub. Nəticədə biri uşaq olmaqla dörd nəfər həyatını itirib. 
Aviaqəza paraşüt yarışları vaxtı baş verib. İdmançılar tullandıqdan sonra Piper 28 təyyarəsi dönüş edərkən Cessna 182 ilə toqquşub.
Qeyd olunur ki, hava məkanı yarışlardan dolayı digər bütün təyyarələr üçün qapalı olub və Cessna 182-nin uçuşu razılaşdırılmayıb.
Polisin fikrincə, aviaqəzaya səbəb insan faktoru olub.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun