MSK: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıb

MSK: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıb
19 Sentyabr 2016
Mətni dəyiş
"Vahid Rusiya" partiyası Rusiya tarixində Dumaya seçkilərdə seçici dəstəyinə və qazandığı deputat mandatının sayına görə, özünün ən yaxşı nəticəsini göstərib.
"Vahid Rusiya" partiyası (VRP) Rusiya tarixində Dumaya seçkilərdə seçici dəstəyinə və qazandığı deputat mandatının sayına görə, özünün ən yaxşı nəticəsini göstərib. "Sputnik" Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına istinadla xəbər verir ki, seçki protokollarının 92%-i nəzərdən keçirilib və yekun səslər hesablanıb.
"Vahid Rusiya" səslərin 54,16%-ni toplayıb ki, bu da ona Duma palatasında ən azı 121 yer qazandırıb. 203 birmandatlı seçki dairəsi üzrə partiya Rusiyanın siyasi tarixində rekord həddə deputat kreslosu qazanıb. Dumadakı 450 yerdən 324-ü "Vahid Rusiya"nın aktivinə yazılıb. Seçkinin yekun nəticələri hesablandıqda bu rəqəm 328-dən 340-a qədər yüksələ bilər. Artıq partiya və MSK bəyan edib ki, VRP Dumada Konstitusion çoxluğu əldə edib. Bu isə ona Konstitusiyanı dəyişməyə və prezidentin vetosunu aradan qaldırmağa imkan verir.
"Vahid Rusiya" ən yaxşı nəticəni 2007-ci ildə prezidenti Vladimir Putinin rəhbərliyi altında əldə etmişdi. O zaman partiya 64,3% səs qazanmışdı. Onda partiya 315 deputat kreslosu ilə Konstitusion çoxluğu əldə etmişdi və Rusiyanın bu qədər parlament gücü yığan ilk partiyası olmuşdu.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun