NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək
6 Sentyabr 2016
Mətni dəyiş
NATO-nun baş katibi Jens Stoltenberg Türkiyəyə səfər edəcək.
Baş katibin 8-9 sentyabr tarixlərində iki günlük görüşlər aparmaq üçün Ankaraya gedəcəyi bildirilir.
Stoltenbergin səfəri zamanı davam edən "Fırat Kalkanı" əməliyyatı çərçivəsində İŞİD-in son günlərdə geri çəkilməsi, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun yeni torpaqlar ələ keçirməsi kimi mövzular ətrafında müzakirələr aparılacağı təxmin edilir.
Xatırladaq ki, bu səfər 15 iyul hərbi çevriliş cəhdindən sonra NATO baş katibinin ittifaqın üzvü olan Türkiyəyə ilk səfəridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun