28 Sentyabr 2016
Mətni dəyiş
Londonda yerləşən Krallıq Birləşmiş Servisler İnstitutunun (RUSI) təşkil etdiyi konfransda danışan NATO nümayəndələri Qərbin informasiya savaşını Rusiya qarşısında itirmək üzrə olduğunu söyləyib.
NATO-nun Avropa Müttəfiq Qüvvələri Yüksək Qərargahının Strateji Əlaqələr prezidenti Mark Laity, Qərbin artıq Rusiyanın 'dezinformasiyasına' qarşı mübarizə apara bilməyi öyrənməli olduğunu bildirib.
NATO Strateji Əlaqələr Mərkəzinin Direktoru Janis Sarts isə, "Əlimizdə texnologiyalar var. Dünyanın lider marketinq mərkəzləri bizim ölkələrimizdə yerləşir. Amma yenə də üzərimizə necə gəldiklərini müzakirə edirik", - deyə qeyd edib. Sarts deyib ki, 'ABŞ-a qarşı gələnlər' Rusiya, İŞİD və Çin üçlüsüdür.
Konfrans iştirakçıları isə İŞİD ilə Çin problemi üzərində deyil, başda RT olmaq üzrə rus dövlət mediası üzərində fikir mübadiləsi aparmağın lazım olduğunu ifadə ediblər.
"The Economist" qəzetinin redaktoru Edward Lucas, 'obyektivliyi reallıqdan daha əhəmiyyətli' görən Qərb mediasının Rus televiziyası qarşısında zəif olduğunu, həmçinin sosial şəbəkələrdə xüsusi təmizlik edilməsinin vacibliyini qeyd edərək, "Burada, şərh hissələri və saxta sosial şəbəkə istifadəçiləriylə, xüsusilə də Twitter ilə əlaqədar gerçək bir problem var. Ruslar on minlərlə saxta hesab yaratmaq üçün böyük miqdarda pul xərcləyir", - deyə bildirib.