5 Sentyabr 2016
Mətni dəyiş
"Türkiyədə 15 iyulda baş vermiş çevrilişə cəhdin ABŞ-da olduğunu, qarşımıza çıxacaq çətinlikləri, ölkəni necə təkrarən sabit vəziyyətə qaytaracağımızı düşünün".
ABŞ prezidenti Obama, CNN televiziyasında Fareed Zakarianın suallarını cavablandırıb.
Obama, müsahibənin Türkiyə və 15 iyul çevrilişə təşəbbüs qisimində Türkiyənin ciddi və ağrılı bir müddətdən keçdiyini deyib: "Demokratik yollarla seçilmiş hökumətə qarşı xain planlar həyata keçirən ordu generalları var idi. Ancaq cəsarət verici olan şey Erdoğana qarşı olanların qəbul edilə bilməz olduğunu söyləyə bilən türk xalqı idi. Narahat və qorxmuş hökumətin indi aydın şəkildə reaksiyası var. Belə bir şeyin ABŞ-da olduğunu, qarşımıza çıxacaq çətinlikləri, ölkəni necə təkrarən sabit vəziyyətə qaytaracağımızı düşünün".
Çevriliş cəhdi sonrasında Türkiyə ilə ABŞ arasındakı təhlükəsizlik əlaqələrində azalan təsir görmədiklərini bildirən Obama fikirlərini bu sözlərlə yekunlaşdırıb:
"Türkiyə bu gün də NATO-nun güclü müttəfiqidir. İŞİD-i məğlub etmək üçün bizimlə bərabər hərəkət edirlər. Türkiyə bölgədə bir çox mövzuda əhəmiyyətli tərəfdaşımızdır. Təbii ki, ölkələrində siyasi zəlzələ yaşadıqları gerçəyindən kimsənin şübhəsi yoxdur. Yenidən vəziyyəti normallaşdırmaqları lazımdır və bunu necə edəcəkləri əhəmiyyətli olacaq. Biz türk xalqını dəstəklədiyimizi göstərməyə çalışırıq. Əgər atdıqları addımların ortaqlığımıza zidd olduğunu düşünsək, hər yaxşı dostun etdiyi kimi onlara əvvəlcədən bu barədə xəbərdarlıq edəcəyik".