Özbəkistanın və Rusiyanın dağılmağında kim günahkar olacaq?

Özbəkistanın və Rusiyanın dağılmağında kim günahkar olacaq?
2 Sentyabr 2016
Mətni dəyiş
Rus müxalifətinin liderlərindən biri, hökumətin korrupsiya əməllərini araşdıran Aleksey Navalni saytında Özbəkistanda və Rusiyada diktatorlardan sonra nələrin olacağı ilə bağlı yazı dərc edib. Yazını təqdim edirik. 
Bir müddət əvvəl Özbəkistan prezidenti İslam Kərimovun ölüm xəbəri yayıldı. Hər kəs bu ölkədəki qeyri-sabitliyin Rusiyaya mənfi təsirinin necə nəticələnəcəyini müzakirə etməyə başladı (bütün müşahidəçilər hesab edirlər ki, belə bir risk kifayət qədər böyükdür), sonra isə twitterdə (yazışmaların fotolarına linkdən baxa bilərsiz) gözlənilən ikrahedici və əbədi diskusiya ortaya çıxdı: Bax, Putindən sonra da hər şey çökəcək və dəhşət olacaq. Bizi təhdid edən dəhşətlərin gəlməsindənsə, Putin qalsın.
Mitya Aleşkovskiy – Bax, əgər bu gün Putin ölsəydi, sabah hakimiyyətə kim gələcəkdi? Bunun haqqında fikirləşirəm və qorxmağa başlayıram.
Mitya Aleşkovskiy – ümumiyyətlə, Rusiyada vətəndaş müharibəsindənsə, Putin yaxşıdır.
Smirnov – Əgər yaxşı olmayacaqsa, dəyişikliklərdən necə qorxmaq olar?
Mitya Aleşkovskiy – Biz dəyişikliklərdən qorxmuruq, Seryoja, günahsız qurbanlardan qorxuruq.
Sergey Stepanyan – Aha. Yetim qalacağıq. Yoldaş Stalin olmadan necə yaşayacağıq axı?
Mitya Aleşkovskiy – Məsələ onda deyil,  məsələ siyasi həyatın məhv olmuş olmasındadır. Hakimiyyətə faşistlər gələcək
Nasterovo Lizaveta – Onlar indi əziyyət çəkmirlər?
Vorobyeva – dəyişikliklər lazımdır, heç kim bunu inkar etmir. Mən sadəcə radikal dəyişikliklərin öhdəsindən gələ bilməyəcək insanlara görə narahatam.
“Putin, əlbəttə ki, ölkəni pis hala gətirdi, amma indi milyonların ölməyindənsə, Putin bir az daha qalsa yaxşıdır”.
Smirnovun twitter hesabından ətraflı oxuya bilərsiniz.
Yeni bir şey yoxdur. Sadəcə bu müzakirənin bu qədər əbədi olması təəccüblüdür.
Kiminsə xatirələrində Stalinin ölümünün insanları necə narahat etdiyini oxumuşdum. Hamı şokda idi və hər kəs müharibə gözləyirdi. Kimin olacağı bəlli deyildi, amma olması labüd idi: axı O öldü, məhz Onun hesabına hər şey var idi. Küçələrdə belə söhbətlər var idi: Stalinə görə xalq ölməyə hazır idi... bəs indi nə? Malenkova görə ölmək? Yox, Malenkova görə xalq ölümə getməz.
Sonra bir həftə keçdi və nə Malenkova, nə də Xruşova görə ölmək lazım oldu, ümumiyyətlə ölmək lazım olmadı. Hər şey keçdi. Günəş parlayır. Krandan su gəlir. Müharibə yoxdur.
İllər keçdi, bizdə isə hər şey əvvəlki kimidir: hakimiyyətə faşistlər gələcək və günahsız qurbanlar olacaq.
Axmaq diskusiyadır, amma iştirak edənlər ümidsiz insanlardır, ona görə də aksiomaları təkrar etmək lazımdır:
1. Fərdi. Sizi Özbəkistan prezidentinin ölümü narahat edir. Amma Estoniyanın, Litvanın, Latviyanın, İsveçrənin, Yaponiyanın və hətta ABŞ-ın prezidentinin/baş nazirinin ölümü narahat etmir, düzdür? Niyə? Çünki bu kədərli faciə olacaq amma xüsusi bir şey olmayacaq. Biz bunu bilirik.
ABŞ prezidentlərini kifayət qədər tez-tez öldürüblər, və? Milyonlar ölürdü? Ya faşistlər hakimiyyətə gəlirdi? Yox, yenisini seçirdilər. Sistem işləyir.
Smolenskdə təyyarə qəzasında Polşanın bütün rəhbərliyi öldü. Dəhşətdir. Keçmiş sosialist düşərgələr ölkəsi buna dayandımı? Tamamilə. Heç bir kataklizm olmadan. Sistem  bunun öhdəsindən gəldi.
Özbəkistanla isə problem var. İndi orada olanlar bax budur:
Daşkənddə baş nazir müavini ev dustaqlığına alınıb. Qazaxıstanla sərhəd bağlanıb. Xariciləri ölkəyə, özbəkləri ölkə xaricinə buraxmırlar.
Rusiya ilə də problemlər olacaq. Bir vacib səbəbə görə: diktator sistemi məhv edir. O hər şeyi özü idarə etmək istəyir və hakimiyyəti heç kimlə bölüşmür.
Ona görə də hər yerdə qızğın dəmirlə, kimyəvi turşu ilə yandıraq “Ölkəyə və ölkədəki sabitliyə təhdid diktatorun ölümündə deyil, onun həyatda olmasındadır” yazmaq və çiçəklərlə bəzəmək lazımdır.
O öləcək, buna zəmanət var və bu qaydadır. Və gün gələcək, hakimiyyəti başqa biri qəbul etməli olacaq. Kim və necə? Bəlli deyil. Deməli, diktatorun ölü və ya sağ olduğunun bəlli olmadığı bir gün də olacaq (indi Özbəkistanda olduğu kimi). Onun mirası üstündə mübarizə olacaqmı? Kimlər arasında?
Diktator və onun ətrafı bilərəkdən öz ölkələrini qeyri-sabitliyə sürükləyirlər. Əgər ölkədə  hakimiyyət dəyişikliyi şəxsiyyətə bağlıdırsa bu qaçılmazdır.
Diktatura nə qədər çoxdursa (və ya avtokratiya, bizdə və Özbəkistanda olduğu kimi), bir o qədər sərtdir və bir o qədər də çox problem olacaqdır. “Vətəndaş müharibəsindənsə, Putin” deyən hər kəs vətəndaş müharibəsinin olma ehtimalının artmasına öz töhfəsini verir.
2. Ümumi. Araştırmalar var, 1950-ci ildən bu zamana qədərki bütün rejimlər analiz olunub və kəskin asılılıq isbat edilib: qeyri-sabitlik, böhran və zorakılığın avtoritar sistemlərdə olma ehtimalı, demokratik sistemlərə nisbətən daha çoxdur.
Bu sadəcə faktdır. Ona görə də dostlar, Əgər Rusiyanı nə isə dağıdacaqsa da bu Putinin ölümü deyil, elə indi etdiyi olacaq. Dünən, bu gün və hətta sabah edəcəyi – öz hakimiyyətini möhkəmləndirməsi. Özbəkistan da böhrandan keçə bilər (bu vacib deyil) ona görə yox ki, insanlar ölümlüdür, ona görə ki, konkret İslam Kərimov müxalifəti əzib və şəxsi hakimiyyətini qurub.
Ümumiyyətlə, Rusiyanın dağılmasına, qeyri-sabitliyə, böhrana, milyonlarla günahsız qurbanlara qarşı olanlar, gəlin Putinə qarşı mübarizə aparaq. Burda və indi. Rejimin tezliklə dağılması daha yaşı və təhlükəsizdir.
Tərcümə: Ulduz
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun