5 Sentyabr 2016
Mətni dəyiş
Türkiyənin Van şəhərinin Edremit mahalında PKK terroristləri tərəfindən polislərə silahlı hücum təşkil edilib.
Əldə edilən ilkin məlumata görə, mahalın Kurubaş ərazisinə nəzarət edən polislərə, terror təşkilatı mənsubları tərəfindən uzaqvuran toplar vasitəsilə zərbələr endirilib.
Mərmilər boş əraziyə düşüb. Hadisə zamanı ölən və yaralanan olmayıb.
Bölgədə əməliyyat-axtarış tədbirləri başlayıb.