Putin və Medvedev şənbə gününü balıqçılarla göl sahilində keçirib - FOTO - VİDEO
12 Sentyabr 2016
Mətni dəyiş
Şənbə gününü Novgorod şəhərində balıqçılarla birlikdə keçirən Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitriy Medvedev Lipno adasında qatıldıqları yeməkdə balıq şorbası içib.
Rusiya Dövlət Başçısı Vladimir Putin və baş nazir Dmitriy Medvedev şənbə günü Novgorod bölgəsindəki İlme gölündə gəzintiyə çıxdıqları sırada göl kənarında tonqal yandırıb, şorba bişirən balıqçılarla birlikdə olub.
Ardınca balıqçılarla gəmilərin sənədi, qanunsuz ovlanma, balıqçılığa dəstək kimi ümumi mövzular haqqında yarım saat danışdıqdan sonra, Putin və Medvedev axşam yeməyini də onlarla birlikdə yeyib. Menyuda balıq şorbası olub.
Balıqçılardan biri İvan Pireyev "Putin, kimsənin xəyal edə bilməyəcəyi qədər sadə biridir. Sadə, nəzakətli və gözəl bir dillə nələr söyləyəcəyini bilir. Dinləməyi də, açıq və aydın şəkildə danışmağı da yaxşı bacarır", - deyə bildirib.
Balıqçılar Putin və Medvedevlə bir araya gəlməkdən çox xoşbəxt olduqlarını ifadə edərkən, liderlər də onlara problemlərini həll etmə sözü verib.