Recep Tayyip Erdoğan və Merkel arasında görüş keçirilib

Recep Tayyip Erdoğan və Merkel arasında görüş keçirilib
4 Sentyabr 2016
Mətni dəyiş
Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniya Baş naziri Angela Merkel ilə G-20 Liderlər Sammiti çərçivəsində görüşüb. Görüş "Grand Metropark Otel"də baş tutub və təxminən 45 dəqiqə davam edib.
Recep Tayyip Erdoğan, Almaniya Baş naziri Angela Merkel ilə keçirdiyi görüşdə, Suriyadakı böhranın siyasi çözümlə sonlandırılmasının, sabitliyin yenidən təsisi ilə birlikdə İŞİD və digər terror təşkilatlarına qarşı təsirli mübarizə üçün əhəmiyyət daşıdığını vurğulayıb, Türkiyənin cənub sərhədi boyunca "terror dəhlizi "yaradılmasına icazə verməyəcəyini bildirib.
Almaniya Baş naziri Angela Merkel isə çıxışı zamanı söyləyib ki, Türkiyənin başda İŞİD olmaq üzrə terrorla mübarizəsini dəstəkləyir.
Görüşdə prezident Erdoğan və Merkel, Türkiyə-AB əlaqələri, "Fırat Kalkanı" əməliyyatı kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.
merkel merkel1

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun