Rusiya Səhiyyə naziri təyyarədə sərnişinin həyatını xilas edib - FOTO

Rusiya Səhiyyə naziri təyyarədə sərnişinin həyatını xilas edib - FOTO
22 Sentyabr 2016
Mətni dəyiş
Rusiya Səhiyyə naziri Veronika Skvortsova Moskvadan ABŞ-ın New York şəhərinə hərəkət edən təyyarədə özünü anidən pis hiss edən sərnişinə ilk müdaxiləni edərək həyatını xilas edib.
Rusiyanın paytaxtı Moskvadakı Şeremetyevo Havalimanından New Yorka getmək üzrə hərəkət edən Aeroflot Boeing 777 təyyarəsi havalandıqdan bir neçə dəqiqə sonra bir sərnişinin anidən özünü pis hiss etməsi səbəbiylə St. Peterburqa təcili eniş edib.
Təyyarədə olan Rusiya Səhiyyə naziri və həkim Veronika Skvortsovanın sərnişinə ilk müdaxiləni edərək həyatını qurtardığı bildirilib.
Emmy Mükafat mərasimi ilə əlaqədar olaraq Nyu-Yorka gedən Russia Today (RT) müxbiri Yelizaveta Brodskaya hadisəni belə izah edib: "Yanımızda oturan qadın birdən özünü yaxşı hiss etmədiyini dedi və huşunu itirdi. Təyyarə personalı aramızda həkim olub olmadığını soruşdu. Skvortsova da 47 yaşındakı qadınla yarım saat maraqlandı. Əvvəlcə xəstənin sinəsini dinləyən Skvortsova ardınca onun nəbzinə baxdı və daha sonra da ilk müdaxiləni etdi".
Bu arada təyyarənin eniş etdiyi sırada qadının şüurunun yerinə gəldiyi vurğulanıb.
Skvortsova verdiyi açıqlamada, "Təyyarə və qatarlarda bu görülə bilən bir vəziyyətdir. Eniş və uçuş əsnasında ola bilər, damar sistemi ilə bağlı olay hesab edə bilərik. Xəstənin beynindəki qan dövranı sisteminin fəaliyyətində ani pozulma söz mövzusu idi. Nəbzi çətinliklə hiss edilirdi. Yəni müvəqqəti ürək dayanması və ya ürək ritmində enməyə yol açacaq şəkildə pozuqluq olma ehtimalı vardı", - deyə bildirib.
Belə vəziyyətlər üçün hər zaman yanında daşıdığı ilk yardım çantasının işə yaramasından çox xoşbəxt olduğunu ifadə edən Skvortsova xəstənin həyati təhlükəsinin olmadığını deyib:
"Xəstə 20-25 dəqiqə sonra daha yaxşı hala gəldi, danışmağa başladı. Yaşını söyləyib, suallarımızı cavablaya bildi. Həyatı üçün ani təhlükə ehtimalı yoxdur".
s%c9%99hiiyy%c9%99-rusiya

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun