Səudiyyə Ərəbistan neft çıxarmada ABŞ-ı ötüb

Səudiyyə Ərəbistan neft çıxarmada ABŞ-ı ötüb
13 Sentyabr 2016
Mətni dəyiş
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına əsasən, Səudiyyə Ərəbistanı ABŞ-ı keçərək dünyanın ən böyük neft istehsalçısı olmuşdur.
Agentliyin məlumatına əsasən, Səudiyyə Ərəbistanı may ayından etibarən gündəlik çıxarılan neftin həcmini 400 min barrel artırmış, ABŞ isə 460 min barrelə qədər azaltmışdır.
2014-cü ildən bəri birinciliyini qoruyan ABŞ-da hal-hazırda gündəlik olaraq 8,7 mln barrel, Səudiyyə Ərəbistanında isə 10,6 mln barrel neft çıxarılır.
Bloomberg, ABŞ-da neft neft çıxarılmasının azalmasını qazma qurğularının sayının azaldılması ilə əlaqədar olduğunu qeyd edir. Baker Huges-in verdiyi məlumata görə, qazma qurğularının sayı may ayında 404-ə qədər azaldılmışdır.
İyul ayında Səudiyyə Ərəbistanı gündəlik olaraq 10,67 mln barrel neft çıxarmışdır ki, bu da rekord göstəricidir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun