13 Sentyabr 2016
Mətni dəyiş
Suriya ordusu İsrailə məxsus bir hərbi təyyarə və bir pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Suriya dövlət informasiya agentliyi SANA hadisənin sentyabrın 13-nə keçən gecə yerli vaxtla saat 01.00-da, İsrail tərəfinin əl-Kuneytra bölgəsində Suriya ordusunun mövqelərinə zərbə endirərkən baş verdiyini bildirib.
Agentliyin məlumatına görə, İsrail ordusunun Suriyaya aid bəzi hərbi mövqeləri bombalamasından sonra qarşı tərəfə cavab verilib.
İsrail tərəfi isə Suriyanın açıqlamasını rədd edərək, təyyarə vurulmadığını bəyan edib.