13 Sentyabr 2016
Mətni dəyiş
Suriyada Qurban Bayramının birinci günündə Rusiya və Bəşər Əsəd rejiminə aid döyüş təyyarələrinin həyata keçirdiyi hava hücumları nəticəsində 34 nəfər həlak olub.
Suriya İnsan Hüquqları Müşahidə Təşkilatından verilən açıqlamada, rus və rejim döyüş təyyarələrinin dünən müxaliflərin nəzarətində olan bölgələrdə reallaşdırdığı bombardmanlardan sonra paytaxt Şamda 15, İdlibdə 14, Humus və Dera bölgələrində 4, Hələbdə isə 1 nəfərin öldüyü qeyd edilib.
Həyatını itirənlər arasında 4 uşaq ilə 2 qadının da olduğunu vurğulayan təşkilat, Rusiya və rejim qüvvələrinin bayramın ilk günü İdlib, Hələb və Şamın Şərq Guta bölgəsinə dayanmadan hava hücumları edildiyini bildirib.
Qeyd edək ki, ötən gün ABŞ və Rusiya Suriyada atəşkəslə bağlı razılığa gəlib. Bəşər Əsədin də atəşkəs rejiminə qoşulacağı bildirilib.