Türkiyədə fövqəladə vəziyyət uzadılır

Türkiyədə fövqəladə vəziyyət uzadılır
29 Sentyabr 2016
Mətni dəyiş
Türkiyə Milli Təhlükəsizlik Şurasının fövqəladə vəziyyətin uzadılması təklifi ilə bağlı məlumatı yayılıb.
Prezident Recep Tayyip Erdoğanın başçılıq etdiyi şuranın bəyanatında deyilir ki, fövqəladə vəziyyətin uzadılması vətəndaşların azadlığı və haqlarının qorunması istiqamətində görülən tədbirlər üçün vacibdir. Fövqəladə vəziyyətin hansı müddətə uzadılacağı barədə isə heç nə deyilmir.
Türkiyədə iyul ayında baş verən çevriliş cəhdindən sonra 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu günlərdə "Reuters"ə müsahibəsində Erdoğan bu vəziyyətin daha 3 aylığına, ya da daha uzun müddətə uzadıla biləcəyini demişdi.
Türk rəsmiləri çevriliş cəhdinin arxasında Amerikaya sığınmış Fethullah Gülenin dayandığını deyir.
Qeyd edək ki, Fövqəladə vəziyyət hökumətə parlamentsiz qərarlar çıxarmağa və rəqiblərinə qarşı təcili tədbirlər görməyə imkan verir. İndiyə qədər Türkiyədə 32 min adam Gülen-lə əlaqədə günahlandırılaraq həbs olunub, 50 min adam işdən çıxarılıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun