Türkiyədə güclü partlayış törədilib: yaralılar var - FOTO - VİDEO

Türkiyədə güclü partlayış törədilib: yaralılar var - FOTO - VİDEO
12 Sentyabr 2016
Mətni dəyiş
Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə güclü partlayış baş verib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib.
Rəsmi açıqlama verilməsə də, partlayışın PKK tərəfindən bomba yüklü avtomobillə törədildiyi ehtimal edilir. Partlayışdan sonra yanğın başlayıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb. İkinci partlayışın törədilə biləcəyi ehtimalı ilə əlaqədar bölgəyə gedən bütün yollar qapadılıb.
Hakim partiyanın millət vəkili olayla bağlı açıqlaması zamanı bildirib ki, ilk təxminlərə görə 11 nəfər yaralanıb, ancaq yaralıların vəziyyəti kritik deyil.
PKK terrorçularının ələ keçirilməsi üçün Van şəhərinə əlavə qüvvələr cəlb edilib.
Əməliyyat-axtarış tədbirləri başlayıb.
van2 van3 van4 van6

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun