1 Sentyabr 2016
Mətni dəyiş
Türkiyənin Trakya bölgəsində təbii qaz yataqlarının tapıldığı ilə bağlı məlumat verilib. Bu barədə "Anadolu" agentliyinə Norveçin "Statoil" şirkətinin baş direktoru Eldar Setre açıqlama verib.
Şirkətin CEO-su kəşfiyyat nəticələrinin etibarlı olduğunu deyib. Eldar Setre agentliyə verdiyi müsahibəsində bildirib ki, bölgədəki ehtiyatlar həm "Statoil", həm də Türkiyənin mənafelərinə xidmət edəcək.
"Statoil"un rəhbəri qeyd edib ki, Trakya bölgəsində Kanadadan olan partnyor "Valeura" şirkəti ilə işləyirlər. Şirkət rəhbəri həmin regionda "Banarlı" qaz sahəsində kəşfiyyat işlərinin davam etdirildiyini deyib. Eldar Setre bölgədə iki böyük quyuda qazma işləri ilə yanaşı, 3D seysmik kəşfiyyat işlərinin aparıldığını xatırladıb.
"Valeura" ilə "Statoil" bu ilin mayın 16-da Trakyada qaz ehtiyatları kəşfiyyatına başlamaq məqsədi ilə iki bölgə üçün lisenziya alıb və buradakı quyulardan birində gələn ilin əvvəllinə qədər qaz hasil olunacağını bəyan edib.