Türkiyənin Azərbaycana yeni təyin olunan səfirinin Bakıya gələcəyi tarix məlum olub

Türkiyənin Azərbaycana yeni təyin olunan səfirinin Bakıya gələcəyi tarix məlum olub
8 Sentyabr 2016
Mətni dəyiş
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri oktyabrın ortalarında Bakıya gələcək.
Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib.
O yeni səfirin iki ölkə arasında münasibətləri daha da inkişaf etdirəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə bir sıra ölkələrdəki səfirlərini dəyişdirib. Azərbaycanda hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin olunub.
E. Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun