Vladimir Putin Çin prezidentinə dondurma hədiyyə edib - VİDEO
5 Sentyabr 2016
Mətni dəyiş
Çində keçirilən G20 Liderlər Sammiti çərçivəsində baş tutan Rusiya və Çin dövlət başçılarının görüşündə maraqlı anlar yaşanıb.
Belə ki, Rusiya prezidenti Vladimir Putin, G20 Liderlər Sammiti çərçivəsində Çin prezidenti ilə reallaşdırdığı ikitərəfli görüşdə Xi Jinpingə dondurma hədiyyə edərək deyib: "Söz verdiyim kimi dondurmanızı gətirdim".
Xi hədiyyəni qəbul etdikdən sonra Putinə təşəkkür edib: "Hədiyyələr üçün çox təşəkkür edirəm. Ləzzətli dondurmanızı hər Rusiya səfərimdə mütləq dadıram. Evə qayıdanda dondurmanı yeyəcəm".
Çin prezidentinin səmimi sözlərinə Vladimir Putin də eyni səmimiyyətlə cavab verib: "Bunu ilk dəfə duyuram. Bu andan etibarən, hər dəfə Çinə gələndə sizə dondurma gətirəcəm"
Xatırladaq ki, hər iki prezidentin iştirakı ilə sahibkarların da olduğu görüşdə maraqlı söhbət olmuş və Çinə Rusiyadan geniş həcmdə dondurmaların idxalına icazə verilmədiyi deyilmişdi. Putin də buna qarşılıq olaraq Çin dövlət başçısına dondurma gətirəcəyinə dair söz vermişdi.
Dünən başlayan G20 Liderlər Sammiti bu gün keçiriləcək görüşlərdən sonra yekunlaşacaq.