Siyasət

ABŞ Gözəl Bayramlının həbsindən narahatdır

1 dəqiqə
ABŞ Gözəl Bayramlının həbsindən narahatdır
'Təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq''
"ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır", - ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbiri ilə söhbətində bildirib.
"Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq",- o əlavə edib.
Gözəl Bayramlı mayın 25-də Gürcüstandan gələrkən 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq saxlanılıb.
Mayın 26-da AXCP sədrinin müavini Gözəl Bayramlı Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edildib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun