Siyasət

Azərbaycanın müdafiə naziri Rusiyaya gedib

1 dəqiqə
Azərbaycanın müdafiə naziri Rusiyaya gedib
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyaya gedib. 
Bu barədə Abzas.net-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Z.Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Toplantı mayın 26-da Moskva şəhərində keçiriləcək.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun