1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin direktoru Mehman Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova qarşı iddiasına baxılmasını demək olar ki, pozub.
İşə baxan hakim Elçin Məmmədov məhkəmə iclasının mayın 12-də keçiriləcəyi barədə xəbərdarlığı gec göndərib. Üstəlik, martın 31-də keçirilən məhkəmə iclasında məlumat verilib ki, Turan agentliyinin direktoru sözügedən vaxtda xarici ezamiyyətdə olacaq.
Qeyd etmək lazımdır ki, bildirişdə tarix 1 may göstərlilir. Ancaq zərfin üzərindəki möhürdən məlum olur ki, 14 saylı poçt şöbəsi bildirişi M.Əliyevə mayın 9-də göndərib və 10 saylı poçt şöbəsinə mayın 10-da daxil olub. Məktub agentliyə mayın 12-də iclas günü çatdırılıb.
Martın 31-də cavabdeh və ya onun nümayəndəsi məhkəmə iclasına gəlməyiblər və bu barədə məhkəməni xəbərdar etməyiblər.
Məhkəmə zamanı İ.Əliyev bildirib ki, mayın 9-12-də xaricdə ezamiyyətdə olacaq və bunun nəzərə alınmasını xahiş edib. İclas mayın 1-nə təyin edilib və bu barədə agentlik oxucu auditoriyasına martın 31-də məlumat verib.
Hakim E.Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərəcəyini bildirib ki, meriya növbəti məhkəmə iclasına qədər informasiya sorğusuna cavab göndərsin. Ancaq heç bir cavab gəlməyib.
