ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini 30 gün müddətinə həbs olunmuş jurnalist Nicat Əmiraslanovu dərhal azad etməyə çağırıb.
JMK-nin bəyanatında jurnalistlərin təqibinə və uydurma ittihamlarla həbsinə son qoymaq çağırışı yer alır.
Xatırladaq ki, Qazax rayonunda yaşayan jurnalist polisə müqavimət göstərməkdə ittiham olunub və mayın 23-də 30 gün müddətinə həbs olunub.
