Siyasət

Atəşkəs rejimi 155 dəfə pozulub

1 dəqiqə
Atəşkəs rejimi 155 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.
Abzas.net Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonununda, İcevan rayonunda yerləşən bir neçə mövqelərindən Ağstafa, Qazax, Tovuz, Ağdam, Gədəbəy rayonlarında yerləşən mövqelərimiz atəşə tutulub.
Həmçinin, Tərtər, Füzuli, Cəbrayıl, Göygöl, Goranboy rayonlarında yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun