Siyasət

Bakının mərkəzində növbəti təkadamlıq etiraz aksiyası [Fotolar]

1 dəqiqə
Bakının mərkəzində növbəti təkadamlıq etiraz aksiyası [Fotolar]
Bu gün, iyunun 19-da AXCP fəalı Füzuli Hüseynov Bakının mərkəzində, 28 may metrosuna yaxın ərazidə təkadamlıq aksiya keçirib.
Abzas.net xəbər verir ki, F.Hüseynovun "Bütün siyasi məhbuslara azadlıq" şüarı yazılmış plakat açıb.
Polis siyasi fəalın aksiyasına müdaxilə edərək onu saxlayıb.
Füzuli Hüseynov bundan əvvəl də eyni yerdə, Cəfər Cabbarlı heykəlinin qarşısında təkadamlıq aksiya keçirmişdi.


Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun