Siyasət

Baş prokuror Muxtarlının dindirilməsini istəyir

1 dəqiqə
Baş prokuror Muxtarlının dindirilməsini istəyir
Azadiq.infonun məlumatına görə, jurnalist Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstanın baş prokuroru İrakli Şotadze və daxili işlər nazirinin müavini Şalva Xutsişvili bəyanat veriblər. Baş prokurorun sözlərinə görə, prokurorluq hüquq yardım xahişi ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.

“Biz xahiş etmişik ki, Əfqan Muxtarlı dindirilsin və bizim nümayəndə dindirilmədə iştirak etsin. Bundan əlavə, biz Azərbaycan tərəfindən cinayət işi ilə bağlı materialları istəmişik. Əfqan Muxtarlının dindirilməsi başa çatandan və sübutlar əldə ediləndən sonra bizim tərəfdən müvafiq hüquqi qərar veriləcək”, -deyə İrakli Şotadze bildirib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun