Jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı bu gün Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağırılıblar. Bu barədə Sevinc Vaqifqızı Facebook səhifəsində yazıb.
Hər iki jurnalist həmkarları Əfqan Muxtarlının işi üzrə ifadə vermək üçün çağırılıb.
Jurnalist Sevinc Vaqifqızı dindirməyə saat 14:30-da, Ş. Çobanoğlu saat 16:00-da çağırılıb.
