Litva parlamentinin 14 üzvü Azərbaycan hökumətini insan hüquqlarına hörmətlə yanaşmağa və bu yaxınlarda həbs olunmuş iki jurnalisti azad etməyə çağırıb.
Onlar Gürcüstanda həbs edilərək Azərbaycana gətirilən, sonradan qaçaqmalçılıq və sərhəddi qanunsuz keçməkdə ittiham olunan Əfqan Muxtarlı və polisdə işgəncələrə məruz qalan Nicat Əmiraslanovdur.
Turan-ın məlumatına görə,sənədin təşəbbüsçüləri müxalifətdə olan Vətən İttifaqı və Liberal Alyansın üzvləridir.
Müraciəti imzalayan deputatlar Azərbaycanla parlament əlaqələrinin dəstəklənməsinə cavabdeh olan parlament qrupuna daxildir.
"Azərbaycan öz ərazi bütövlüyündən danışarkən beynəlxalq hüquq prinsiplərinə tərəfdar olduğunu bildirir. Amma ölkə özü də bu prinsiplərə əməl etməlidir", - müraciətin təşəbbüsçülərindən biri Arvidas Anusauskas belə deyib. Məlumatı Litvanın 15min.lt. İntermet-resursu yayıb.
