Siyasət

Shulzdan Ərdoğana sərt sözlər

1 dəqiqə
Shulzdan Ərdoğana sərt sözlər
Almaniyanın Sosial Demokrat Partiyanın baş nazir postuna namizədi Martin Shulz Ərdoğan haqda sərt ifadələr işlədib.
Azadliq.infonun məlumatına görə, o, 7-8 iyulda keçiriləcək G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfər edəcək Türkiyə prezideni Ərdoğana geniş fəaliyyət imkanları tanınmamasını istəyib. Shulz Ərdoğanı dəyərləri ayaqlar altına atmaqda ittiham edib:
“Öz ölkələrində dəyərlərimizi ayaqlar altına atan siyasətçilər Almaniyada təxribatçı tədbirlər təşkil edə bilməzlər. Türkiyədə müxalifləri və jurnalistləri həbsxanaya atan Ərdoğana Almaniyada geniş fəaliyyət imkanları yaradılmasını itəmirəm,”- deyə Shulz qeyd edib.

G-20 sammitində iştirak etmək üçün Almaniyaya səfəri gözlənilən Ərdoğanın bu ölkədəki türklərə xitab olaraq çıxış etməsi planlaşdırılır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun