Təkadamlıq aksiya keçirən Füzuli Hüseynov məhkəmədə cərimələnib
1 dəqiqə
Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbilə təkbaşına aksiya keçirdiyinə görə 200 manat cərimələnib. Bu qərarı Nəsimi Rayon Məhkəməsi Babək Pənahovun sədrliyilə qəbul edib.
Vəkil Bəhruz Bayramov Turan-a bildirib ki, məhkəmənin qərarı "tamamilə qanunsuzdur".
"Füzuli Hüseynov heç bir qanun pozuntusuna yol verməyib və dinc şəkildə öz fikrini ifadə edib. Bu, onun fundamental hüququdur. Məhkəmənin qərarından apellyasiya veriləcək", - o bildirib.
İyunun 19-da Füzuli Hüseynov "28 may" metro stansiyasının yaxınlığında siyasi məhbuslara azadlıq tələbilə ikinci dəfə təkbaşına aksiya keçirib. O saxlanılaraq CM-in 535.1-ci maddəsilə (polisə tabe olmamaq) ittiham olunub.