Siyasət

Fransada məsciddən çıxan insanlara atəş açıblar

1 dəqiqə
Fransada məsciddən çıxan insanlara atəş açıblar

Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində  baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.

"TASS"-ın məlumatına görə, bu barədə “La Provence” qəzeti yazıb.

Bildirilir ki, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər  yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.

Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı ehtimal olunur.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun