Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus təyyarə Trabzon hava limanında eniş zamanı zolaqdan kənara çıxıb.
Türkiyənin "Milliyet” nəşri xəbər verir ki, Ankara-Trabzon reysini həyata keçirən təyyarə zolaqdan çıxaraq dənizə doğru sürüşüb və 10 metr dənizə qalmış təhlükəli enişdə dayanıb.
Təyyarənin göyərtəsində olan 162 sərnişin və 6 heyət üzvü təxliyyə edilib.
Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.
[embed]https://www.youtube.com/watch?v=5-BATWSsT7w[/embed]
![Türkiyədə dəhşətli təyyarə qəzası baş verib [foto] [video]](/_next/image?url=https%3A%2F%2Fs3.eu-central-1.amazonaws.com%2Fabzasmedia%2Fmedia%2Ffeatured_images%2F2022%2F07%2F02%2Fteyyare-qeza.jpeg&w=3840&q=75)