Dünya

Bazar günü Gürcüstan növbəti prezidentini seçəcək

1 dəqiqə
Bazar günü Gürcüstan növbəti prezidentini seçəcək

Bazar günü qonşu Gürcüstanda  növbəti prezident seçkiləri keçiriləcək. Bu gündən prezident seçkiləri ilə bağlı start verilmiş təbliğat-təşviqat kampaniyası başa çatıb.

Gürcüstanda seçki məntəqələri oktyabrın 28-də saat 08:00-da açılacaq. Seçkilərdə seçki hüququna malik 3 518 890 nəfərin iştirak edəcəyi gözlənilir.

Prezident seçkiləri ilə bağlı 39 ölkədə 56 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Prezidentliyə 25 nəfərin namizədliyi qeydə alınıb.

Bu dəfə 6 il müddətinə dövlət başçısının birbaşa səsvermə yolu ilə seçəcək son seçkidir. Və növbəti dəfə prezidenti parlament seçəcək.

 

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun