Gürcüstanda hakimiyyətin namizədi seçkini uda bilmədi, 2-ci tur olacaq

Gürcüstanda hakimiyyətin namizədi seçkini uda bilmədi, 2-ci tur olacaq
29 Oktyabr 2018
Mətni dəyiş

Gürcüstanda prezident seçkisinin birinci raundunda Fransada doğulmuş keçmiş xarici işlər naziri Salome Zurabishvili qalib gəlib, amma ikinci raundun keçirilməməsi üçün yetərincə səs toplaya bilməyib.

Mərkəzi Seçki Komissiyasının oktyabrın 29-da bildirməsinə görə, səsvermə məntəqələrinin 96 faizindən gələn bülletenlər sayılıb. Zurabishvili səslərin 38,6, Grigol Vashadze isə 37,7 faizini toplayıb.

Namizədliyi müxalifətin Avropa Gürcüstanı Partiyası tərəfindən verilmiş keçmiş parlament spikeri Davit Bakradze isə 10,9 faiz səslə üçüncü yeri tutub.

PREZİDENT DAHA BİRBAŞA SEÇİLMƏYƏCƏK

Parlamentin spikeri Irakli Kobakhidze mətbuat konfransında bildirib ki, namizədlərin heç biri səslərin 50 faizini yığa bilməyib deyə, ikinci tur keçirilməlidir.

[caption id="attachment_69790" align="aligncenter" width="1012"] Salome Zurabishvili[/caption]

Gürcüstan rəsmiləri ikinci turun dekabrın 1-dək keçiriləcəyini deyib.

Seçicilərin 46,7 faizinin seçkiyə getdiyi bildirilir. 2013-cü ildə də təxminən bu qədər seçici səsvermə hüququndan istifadə etmişdi.

Bu, Gürcüstanda 1991-ci ildən bəri keçirilən yeddinci seçkidir. Bundan sonra prezident birbaşa seçilməyəcək.

Ötən il konstitusiya dəyişdirilib və gələcəkdə prezidentləri 300 üzvdən ibarət Seçicilər Kolleci seçəcək. Bu quruma parlamentarilər, yerli və regional siyasi təmsilçilər daxildir.

Zurabishvili-ni hakim Gürcü Arzusu partiyası dəstəkləyir.

Vaxtilə xarici işlər naziri olmuş Vashadze-nin namizədliyi isə müxalifətdə olan Vahid Millətçi Hərəkat irəli sürüb. Bu hərəkata əvvəllər keçmiş prezident Mikheil Saakashvili rəhbərlik edirdi, hazırda mühacirətdə yaşayır.

[caption id="attachment_69791" align="alignnone" width="1000"] Qriqol Vaşadze[/caption]

Üçüncü yeri tutmuş Bakradze məğlubiyyətini qəbul edib, partiyasının ikinci turda Vashadze-ni dəstəkləyəcəyini bildirib.

“HAMIMIZ XALQA XİDMƏT EDİRİK”

Baş nazir Mamuka Bakhtadze seçki məntəqələri bağlanandan sonra gürcüstanlıları təbrik edib, səsvermənin “dinc, azad və demokratik mühitdə” keçirildiyini bildirib.

Postunu tərk etməyə hazırlaşan prezident Giorgi Margvelashvili isə deyib ki, “hamımız xalqa xidmət edirik”. O, ikinci müddətə namizədliyini verməyib.

Ölkədə 3,5 milyon nəfərin səsvermə hüququ var. Seçkini ATƏT-in müşahidəçiləri izləyib.

Transparency International Gürcüstan təşkilatı 90-dək kiçik və nisbətən ciddi pozuntu aşkarladığını bildirib. Buraya səslərin saxtalaşdırılması, səslərin satın alınması daxildir.

[caption id="attachment_69792" align="aligncenter" width="900"] David Bakradze[/caption]

66 yaşlı Zurabishvili namizədliyini müstəqil şəkildə verib. Amma onu keçmiş baş nazir, milyarder Bidzina Ivanishvili-nim Gürcü Arzusu partiyası dəstəkləyir.

O, indiyədək şəxsi hücumlara məruz qalıb, Gürcüstanın 2008-ci ildə Rusiyayla müharibəni başlatdığını deməsinə görə xəyanətkar adlandırılıb.

Vashadze isə deyir ki, keçmiş prezident Saakashvili-yə Gürcüstan qayıtmağa icazə verilməlidir. Saakashvili-yə qiyabi şəkildə hakimiyyətdən sui-istifadəyə görə cəza kəsilib.

Gürcüstan Birləşmiş Ştatların müttəfiqidir, NATO və Avropa Birliyinə qoşulmaq istəyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun