29 Oktyabr 2018
Mətni dəyiş
Oktyabrın 27-də, Respublikaçı Alternativ partiyası Məclisinin növbəti rüblük toplantısında bir sıra siyasi və təşkilati qərarlar qəbul edib.
Siyasi qərarlardan birincisi, 40 min vətəndaşın qanunvericilik təşəbbüsü əsasında, Bakı şəhərində seçkili mer vəzifəsinin təsisi və devalvasiyanın mənfi nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
Qərarda deyilir ki, Konstitusiyanın 96-cı maddəsinə əsasən, 40 min seçicinin qanunvericilik təşəbbüsünə malik olduğunu nəzərə alaraq, “Bakı şəhərində seçkili mer vəzifəsinin təsis edilməsi haqqında”, eyni zamanda “Devalvasiya nəticəsində vətəndaşlara, banklara və müəssisələrə kredit ödənişləri ilə bağlı vurulmuş zərərin ödənilməsi haqqında, eləcə də REAL İdarə Heyətinin gərəkli biləcəyi daha bir qanun layihəsi hazırlansın.
“Müvafiq sayda imzaların toplanması işi İdarə Heyətinə həvalə edilsin”.
Digər qərarla, REAL İdarə Heyətinin öncə qəbul etdiyi “Azərbaycanda erkən parlament seçkiləri keçiriləcəyi təqdirdə Respublikaçı Alternativ Partiyasının atacağı addımlar” adlı strategiya təsdiq olunub.