Tale Bağırzadə həbsdən məktub yazıb: "Rejimə imkan vermək olmaz ki..."

Tale Bağırzadə həbsdən məktub yazıb: "Rejimə imkan vermək olmaz ki..."
29 Oktyabr 2018
Mətni dəyiş

Hazırda həbsdə olan "Müsəlman Birliyi" Hərəkatının sədri Tale Bağırzadə Qobustan Qapalı Həbsxanasından məktub yazıb. 

Tale Bağırzadə məktubundan qeyd edib ki, hicab məhbusu Telman Şirəliyev 6 il azadlıqdan məhrum edilmişdi və o haqq etmədiyi halda verilən cəzasını çəkib oktyabr ayının 5-də azadlığa çıxmalı idi.

"Amma rejimin ədalətsizliyi təkçə insanları şərləyib həbs etməklə bitmir. İndi də siyasi məhbuslarla bağlı başqa bir məkrli planı həyata keçirməyə başlayıblar. Azadlığa çıxmağa az qalmış onları təkrar şərləyib yenidən həbsə məhkum etmək planı…"

"Şeytan belə bunların ağlına heyran qalıb desək, heç yanılmarıq"

Hərəkat sədri bildirib ki, Telman Şirəliyev sonuncu hicab məhbusudur və o əfv ərizəsi yazmadığına görə indi ondan bunun heyfini çıxırlar. Ölkədə hər kəs öz azadlığının sərhədləri içərisində yaşamalıdır və bu gün hicablı qızlarımız əgər məktəbə rahat gedə bilirsə, məhz Telman kimi oğulların əzmi hesabınadır.

"Azərbaycan xalqı hər zaman belə qəhrəmanların arxasında olmalıdır. Bu rejimə imkan vermək olmaz ki, o bildiyi bütün məkrli planları belə rahatlıqla həyata keçirsin. Artıq buna bənzər hallar adət halını almağa başlayıb".

Bağırzadə AXCP funksioneri Məmməd İbrahim barədə də yazıb. Bildirib ki, yaxınlarda Məmməd İbrahimi də eyni şəkildə öz aləmlərində cəzalandırdılar: "Demək ki, razılaşmaq yeni-yeni ədalətsizliklərə yol açmaqdı".

Tale Bağırzadə qeyd edib ki, Müsəlman Birliyi olaraq Telman və onun kimi yaşadığı ölkədə ifadə və etiqad azadlığı istəyən hər bir kəsin arxasındadırlar və sonuna qədər də bu mübarizəni dəstəkləyəcəklər.

Xatırlatma

"Müsəlman Birliyi" Hərəkatının sədri T.Bağırov 2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, altı nəfərin öldüyü əməliyyat zamanı həbs edilib.

Müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun