Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü qeyd olunur.
1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhurriyyəti elan edib. 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Türkiyə Cümhuriyyətinin qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyəti yaradılması birinci dünya müharibəsi illərində və ondan sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Qeyd edək ki, 1683-cü ildə Osmanlı dövlətinin sahəsi 5,2 mln. kv. km, birinci dünya müharibəsi başlayanada 1,8 mln. kv. km, olub. Hazırda isə Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir.
Yeri gəlmişkən qeyd edək ki, Osmanlı dövləti 1299-cu ildə qurulub. 2019-cu ildə bu dövlətin qurulmasının 720-ci ildönümü qeyd olunacaq.
1876-cı ildədək ölkəni mütləq monarxiya, 1876-1878-ci illər və 1908-1918-ci illərdə isə ölkənin konstitusiya monarxiya idarə edib. Həmin illərdə ölkə parlamentli sistemə keçmişdi.
Birinici Dünyda müharibəsində Osmanlı Dövləti məğlubiyyətə uğradıqdan sonra ərazisi işğala məruz qalmışdı. O zaman Mustafa Kamal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1920-i il aprelin 23-də Ankarada Böyük Millət Məclisi qurulub.
1922-ci il noyabrın 1-də isə Osmanlı dövlətinin fəaliyyətinin dayandırıldığı elan edilib. 1923-cü ildən Türkiyə parlament üsul idarəsi ilə idarə edilirdi. 2018-ci ildən isə ölkə prezident üsul idarəsinə keçib.
Ölkənin ilk prezidenti Mustafa Kamal Atatürk (1923-1938) olub. Hazırda ölkə əhalisinin sayı 80 milyon 810 min 525 nəfərdir.