Fevralın 22-də baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndə heyətini qəbul edib.
Bildirilir ki, nümayəndə heyətinin rəhbəri, ATƏT/DTİHB-in Seçki Departamentinin rəhbəri Alexander Shlyk görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini ifadə edib.
Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.