Fevralın 20-i Bakı apellasiya məhkəməsində “Kanal13” İinternet televiziyasının rəhbəri Əziz Orucovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. Bununla da proses yekunlaşıb.
Abzas.net xəbər verir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçən məhkəmədə jurnalist barəsində hökm qüvvədə saxlanılıb.
Vəkillər qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini bildirib.
Xatırlatma
Əziz Orucov 2 may tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.
Həbs müddətinin bitdiyi 1 iyun tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucova 6 il həbs cəzası verib.
Əziz Orucov ittihamları qəbul etmir.