Rövşən Ağayev
İqtisadi araşdırmalarla məşğul olan tədqiqatçılar və ekspertlər yaxşı bilir ki, iqtisadiyyatın tendensiyalarını, makroiqtisadi göstəricilər arasında əlaqələri izləmək baxımından Milli Hesablar Sistemi ilə bağı statistikanın əvəzi yoxdu. Milli Hesablar Sistemi milli gəlirin yaranmasından, bölgüsündən, təkrar bölgüsündən tutmuş kapitalla xarici əməliyyatlaradək bütün prosesləri güzgü kimi əks etdirir. İndi diqqət edin: 2018-ci ildi, amma Statkom bizə 3 il öncənin - 2015-c ilin Milli Hesablar Sisteminə dair statistika təqdim edir. Halbuki, məsələn, Qazaxıstan, Rusiya və Belorusda artıq 2017-ci lin 2-ci yarısında 2016-cı il üzrə statistika tam külliyatı ilə ictimaiyyətə təqdim edilmişdi. Biz isə 2016-cı ilin statistikası ilə yalnız 2018-ci ilin sonlarına yaxın tanış ola biləcəyik. Hazırda yaşadığımız 2018-ci ilin Milli Hesablar Sisteminə dair statistikanı isə 2020-ci ilin oktyabr, ya noyabr ayında görəcəyik. Statistikanın keyfiyyəti bir faciədir, məlumatların vaxtlı-vaxtında əlçatanlığı tamam başqa... 3 il sonra çıxan retro statistika kimə və nəyə lazımdır?