ABŞ-ın Ankaradakı səfirliyinin yerləşdiyi “Nevzat Tandoğan” küçəsinin adı dəyişdirilib.
Abzas.net Türkiyə KİV-ə istinadəb xəbər verir ki, ABŞ səfirliyinin yerləşdiyi küçəyə “Zeytun Budağı” adı verilib.
Küçəyə Türkiyənin Afrində apardığı əməliyyatın adı olan “Zeytun Budağı”-nın verilməsin təsadüfi olmadığı bildirilir. Bir müddət öncə Türkiyə ABŞ-ı Afrində yerləşmiş YPG silahlılarına tırlarla silah verməkdə ittiham etmişdi.
2018-ci il yanvarın 20-də Türkiyə PYD/YPG silahlıları ilə mübarizə aparmaq üçün Afrində əməliyyatlara başlayıb.