Siyasət

Astara rayon Polis Şöbəsində ölüm hadisəsi: intihar edib?

1 dəqiqə
Astara rayon Polis Şöbəsində ölüm hadisəsi: intihar edib?

Astarada polis tərəfindən saxlanılan şəxs kamerada ölü tapılıb.

Şöbədən verilən açıqlamaya görə, polis tərəfindən tutulan 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Hadisənin Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma kamerasında qeydə alındığı bildirilir.

Astara rayon Prokurorluğu faktla bağlı cinayət işi başladıb, istintaq gedir.

Bəhram İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək saxlanılıbmış.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun