ATƏT DTİHB Azərbaycandakı prezident seçkilərinə qiymətləndirmə missiyası göndərəcək

ATƏT DTİHB Azərbaycandakı prezident seçkilərinə qiymətləndirmə missiyası göndərəcək
19 Fevral 2018
Mətni dəyiş

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycana ehtiyacların qiymətləndirilməsi missiyasını göndərəcək.

Abzas.net qurumun verdiyi məlumata istinadən xəbər verir ki, DTİHB bununla bağlı qərar verib.

Qərara əsasən qiymətləndirmə missiyası fevralın 21-22-də Bakıda olacaq.

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun