Siyasət

ATƏT qoşunların təmas xəttində monitorinq keçirib: insident baş verməyib

1 dəqiqə
ATƏT qoşunların təmas xəttində monitorinq keçirib: insident baş verməyib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 21-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində monitorinq keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Monitorinq zamanı insidentin baş vermədiyi bildirilir.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasperchik, onun səhra köməkçiləri Micheil Olaru və Simon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqyen Jovich keçiriblər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun