Bakı-Rusiya yoluna 150 milyon ayrıldı

Bakı-Rusiya yoluna 150 milyon ayrıldı
20 Fevral 2018
Mətni dəyiş

Bu gün daha bir prezident sərəncamı yol tikintisi ilə bağlı verilib.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150,0 (yüz əlli) milyon manat ayrılsın.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun